Sosial medianın tanınmış simalarından Dilan Polat yenidən hüquqi proseslərlə gündəmə gəlib. Fenomen haqqında bu dəfə əvvəlki ittihamlardan fərqli olaraq kommersiya fəaliyyəti ilə bağlı araşdırma başladıldığı bildirilir.
“Yeni Sabah” xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Bakırköy Baş Prokurorluğu Dilan Polat barəsində “ticari fəaliyyət çərçivəsində dələduzluq” iddiası ilə yeni istintaq başladıb. Araşdırmanın detalları ilə bağlı rəsmi qurumlardan əlavə məlumat verilməyib.
Dilan Polat son illərdə sosial şəbəkələrdəki paylaşımları, lüks həyat tərzi və sahibkarlıq fəaliyyəti ilə geniş auditoriyanın diqqətini çəkib. O, kosmetika və gözəllik sektorundakı biznes fəaliyyəti ilə tanınsa da, adı daha sonra hüquqi proseslərdə hallanmağa başlayıb.
Xatırladaq ki, Dilan Polat və həyat yoldaşı Engin Polat daha əvvəl “cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması”, təşkilat yaratmaq və qanunsuz mərc oyunları ilə bağlı ittihamlarla istintaqa cəlb olunmuşdu. Cütlük uzun müddət həbsdə qaldıqdan sonra məhkəmə nəzarəti şərtilə azadlığa buraxılmışdı.
Yeni araşdırmanın isə əvvəlki maliyyə ittihamlarından ayrı olaraq, Dilan Polatın kommersiya fəaliyyəti ilə bağlı iddiaları əhatə etdiyi bildirilir. İstintaqın gedişində hansı detalların ortaya çıxacağı gözlənilir. Dördpendirli pizza
Əsmətxanım Rzazadə
Telegram kanalımız