Əməkdar artist Dilarə Əliyeva mərhum əri Oqtay Əliyevlə son yazışmasını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, aktrisa bu barədə qonaq olduğu "Zarafat bir yana" verilişində ona ünvanlanan sualı cavablandırarkən danışıb:
"Yazışmanı kiminsə görməsini istəmirəm. Son sözümüz o idi ki, həmin gün bağda ağaclar üçün dərman gətizdirmək istəyirdik ki, daha gözəl çiçəklənsinlər. Yazmışdı ki, "Səadətin yadına sal, Rusiyaya gedib oradan gübrə gətirsin". Mən də ona yazdım ki, "Səadətlə danışmışıq, narahat olma, artıqlamasıyla gətirib". O da mənə əl işarəsi göndərmişdi". Toyuqlu pizza
Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi, "SOY production”un təsisçisi Oqtay Əliyev 22 mart 2023-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Telegram kanalımız