Dilarə Əliyeva qaynatasının doğum gününü belə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Dilarə Əliyeva qaynatasının doğum gününü belə təbrik etdi

Şou

02 Sentyabr 2025 09:36 485


ilarə Əliyeva qayınatası, Xalq artisti Vidadi Əliyev haqqında sosial media hesabında paylaşım edib.

Yenisabah.az xəbər verir ki, aktrisa aktyorun arxiv fotolarını paylaşaraq, onu ad günü münasibətilə təbrik edib.

Əməkdar artist bildirib ki, qayınatası onların hər zaman dayağı və kölgəsi olub: Toyuqlu pizza

"80 il ömür, 80 il zəhmət, fədakarlıq, mərhəmət... Hər addımında bizə örnək oldunuz, hər çətinlikdə gücünüzü bizə verdiniz. Sizin sayənizdə öyrəndik ki, ailə ən böyük dəyərdir, insanı ucaldan onun əməli və vicdanıdır. Hər kəsin arxasında dayanacaq bir dağ axtardığı yerdə, bizim dağımız, kölgəmiz, dayağımız siz oldunuz. Sizə uzun ömür, möhkəm can sağlığı və hüzurla dolu illər arzulayıram. Qoy qarşınızdakı bütün yollar nurlu, evimiz isə hər zaman sizin müdrik sözlərinizlə işıqlansın. Sizi çox sevirik, əziz atamız! Doğum gününüz mübarək".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!