"Son dövrlərdə "zadə" soyad sonluğuna meyillilik artıb".
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova deyib.
Professor bizə xas soyad sonluqlarını xas olmayanlarla müqayisə edib: Toyuqlu pizza
"Soyadların verilməsi də xüsusi maddələrə əsaslanaraq müəyyənləşir. Məsələn, "ov", "yev" sonluğu bizim qədimliyimizi və tarixiliyimizi özündə əks etdirmir. Bizə xas olan sonluqlar "li", "soy", "gil", "oğlu", "qızı" kimi sonluqlardır. Bu gün bunlar arasında ən çox yayılanı "li" sonluğudur.
"Zadə" sonluğu isə daha çox Cənubi Azərbaycandan gəlmiş şəxslərdə, yaxud nəsli ora ilə bağlı adamlarda olur və saxlanılır. Son dövrlərdə "zadə" soyad sonluğuna meyillilik artıb".
Telegram kanalımız