DİM buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün imtahan keçirdi

saytların hazırlanması

Evə çatdırılma

DİM buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün imtahan keçirdi

Sosial

04 Sentyabr 2022 15:14 869


Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan keçirib.

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunub. Dördpendirli pizza

İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 74 nəzarətçi-müəllim, 3 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.

Sentyabrın 5-dən DİM-də imtahan materiallarının emalına başlanılacaq.

Qeyd edək ki, imtahanların nəticələri yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması başa çatandan sonra – 1 həftə ərzində elan olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!