DİM sədri: Abituriyentlərə verilən suallar tədris proqramından kənar olmur

saytların hazırlanması

Evə çatdırılma

DİM sədri: Abituriyentlərə verilən suallar tədris proqramından kənar olmur

Sosial

25 Yanvar 2024 13:20 464


İmtahanda abituriyentlərə təqdim edilən suallar heç vaxt tədris proqramından kənar olmur.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hər imtahandan sonra da sualların cavabları şərh olunur: Sezar pizza

"Hətta qeyd edirik ki, hansı dərslikdə, hansı səhifədə sualın cavabı var. Bunu ildən-ilə də təkrar edirik. Təəssüf ki, bunu ictimaiyyətə düzgün təqdim etməyən şəxslər valideynlər arasında yanlış fikirlər formalaşdırırlar.

Başa düşürəm ki, valideynlərə yeni proqramla övladına kömək etmək çətindir. Amma zaman dəyişir, tədris prosesi gələcək üçün kadr hazırlayır. Təbii ki, 5-10 il əvvəlki proqram və dərsliklər dəyişir. Valideynlər birinci sinifdən həmin dərslikləri övladları ilə birgə oxusaydılar, imtahana düşən sualların dərslikdən kənar olmadığını görəcəklər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!