"Məktəblərdə keçirilən imtahanların nəticələri ilə tam razı olduğumuzu deyə bilmərəm. Burada daha yaxşı nəticələr görmək istəyərdik".
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, son 3 il pandemiya dövrünə təsadüf etdiyindən müsbət istiqamətdə gedən dəyişikliklər qeydə alınmasa da, mənfi tendensiya da müşahidə olunmayıb: "Amma bununla yanaşı dəyişmə sürəti yüksək olmasa da, müsbət tendensiyalar var. Bu ilin buraxılış imtahanlarının nəticələri ilə bağlı danışarkən məzunlar xarici dili BB1 səviyyəsinə uyğun olaraq bilir. Bu proses daimi gedir. Toyuqlu pizza
29 il ərzində aparılan anket sorğularının nəticəsinə görə təsdiq olunur ki, hər il qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən uşaqların heç olmasa bir valideyni ali təhsillidir. Ən yüksək nəticə göstərən məzunların nəticəsi valideynlərinin təhsilindən asılıdır. Bu, elmi əsaslı faktdır".
Telegram kanalımız