DİN-dən Bakıda avtobusda qızın öldürülməsi ilə bağlı - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən Bakıda avtobusda qızın öldürülməsi ilə bağlı - Açıqlama

Hadisə

21 Dekabr 2019 11:13 1139


Daxili İşlər Nazirliyi (DİN) Bakıda avtobusda oğlanın qızı qətlə yetirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən "Yeni Sabah"a daxil olan məlumata görə, bu gün sosial şəbəkə istifadəçilərindən biri Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc bir qızı qətlə yetirməsi barədə status yazıb: “Bildiririk ki, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb. Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!