DİN-dən ittihamlara münasibət: “Heç bir kənar müdaxilə edilməyib”

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən ittihamlara münasibət: “Heç bir kənar müdaxilə edilməyib”

Sosial

04 İyun 2021 16:54 1711


"Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər qanunvericiliyə uyğun olaraq təşkil edilib."

Yenisabah.az xəbər verir ki, bu sözləri Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkilərin qeyri-şəffaflığından şikayətlənməsinə münasibət olaraq, Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə yaradılan Seçki Komissiyasının üzvü, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"İyunun 3-də 40 nəfərin 15 yer uğrunda keçirilən səsvermədə namizədlərdən 2 nəfər lazım olan səsi toplayıb. Səsvermədə vətəndaş cəmiyyəti institutlarının  222 nümayəndəsi iştirak edib.  Pepperoni pizza

İctimai Şuranın üzvü olmaq üçün 13 yer uğrunda mübarizə 38 vətəndaş cəmiyyəti institutu arasında davam edir. Seçkinin 2-ci turu 7 iyun tarixində saat 10:00-dan 14:00-a kimi keçiriləcəkdir. 

Seçki iştirakçıların gözü qarşısında keçirilib, heç bir kənar müdaxilə edilməyib. Əlavə şərhim yoxdur", - deyə E. Hacıyev bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!