Dini qurumların dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklər nəzərdə tutulmuş qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb. Marqarita pizza
“Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklik isə vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Telegram kanalımız