Diplomların tanınması ilə bağlı proses müvəqqəti dayandırılır

saytların hazırlanması

Evə çatdırılma

Diplomların tanınması ilə bağlı proses müvəqqəti dayandırılır

Sosial

13 İyun 2019 14:47 1304


Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Müraciətlərə baxılması sentyabrın 1-dən etibarən növbəlilik prinsipi əsasında davam etdiriləcək. pizza sifarişi

Qeyd edilən müddət ərzində istisna hal olaraq, yalnız hərbi xidmətdə olacaq şəxslər sənədlərinə baxılması üçün info@ani.edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!