Diplomu olmayan direktor müavinləri - Onlar necə vəzifə tutub?

saytların hazırlanması

Evə çatdırılma

Diplomu olmayan direktor müavinləri - Onlar necə vəzifə tutub?

Sosial

25 İyun 2022 11:04 1879


6 Kəlbəcər məktəbində direktor müavini vəzifələrindən azad edilib. 

Yenisabah.az xəbər verir ki, buna səbəb həmin şəxslərin ali təhsilli olmamalarıdır.

Kəlbəcər Rayon Təhsil Şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiq ediblər. pizza sifarişi

Qeyd edək ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilən Namiq Rəcəbovun rüşvətə, korupsiyaya, eləcə də qanunsuz fəaliyyətlə bağlı islahatlara başladığı bildirilir. Direktor müavinlərinin vəzifədən azad eilməsi də bu qəbildəndir.

Yenisabah.az xatırladır ki, analoji hallara ölkənin digər təhsil müəssisələrində də rast gəlmək mümkündür. Bu qəbildən olan faktlardan biri bir müddət əvvəl ictimailəşdirilmişdi. Məlum olmuşdu ki, Bakının Binəqədi rayonundakı 3 saylı tam orta məktəbin direktor müavini İsmət Yusifovanın da ali təhsili yoxdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!