"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gedişhaqqını ödəmək imkanı yaradılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına “BakıKart” mobil tətbiqini yükləməklə istifadə edə bilərlər. Pepperoni pizza
Xatırladaq ki, bu sistem, pilot layihə kimi, ilk dəfə bu ilin sentyabr ayında Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında tətbiq edilib. Artıq bütün stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki 350-dən artıq qurğuda (turniketdə) texniki işlər tam yerinə yetirilərək proqram təminatını həyata keçirən cihazlar quraşdırılıb və sınaqlar uğurla başa çatdırılıb.
Hazırda ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq.
2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda müvafiq ödəniş sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur.
Telegram kanalımız