DİQQƏT! “ASAN xidmət” mərkəzləri bu tarixdə işləməyəcək

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! “ASAN xidmət” mərkəzləri bu tarixdə işləməyəcək

Sosial

27 May 2021 15:02 1166


28 may – Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.

Bu barədə Yenisabah.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyindən məlumat verilib.

Bildirilib ki, 29 və 30 may tarixlərində vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti və miqrasiya xidmətləri ilə bağlı hazır sənədlərin götürülməsi üçün saat 10:00-dan 17:00-dək Bakı, Sumqayıt və Gəncə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Dominos pizza

31 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!