DİQQƏT! Azərbaycanda bu şəxslər 2000 manat cərimə olunacaq

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Azərbaycanda bu şəxslər 2000 manat cərimə olunacaq

Sosial

26 Fevral 2024 12:40 1323


Son illərdə sosial şəbəkələr həyatımızın vacib və ayrılmaz elementinə çevrilib. Odur ki, müzakirə mövzusu olan önəmli məsələlərdən biri də sosial mediada şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanın yaratdığı məsuliyyətlə bağlıdır.

Bəs sosial şəbəkələr üzərindən insanları təhqir etməyin hüquqi cəzası varmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, şəxsiyyətin təhqir olunması, alçadılması və onun barəsində düzgün olmayan ifadələrin işlədilməsi qətiyyən yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149-cu maddəsinə görə, şəxsi sosial şəbəkə üzərindən təhqir edən, onlar barəsində alçaldıcı məlumatlar dərc edən insanlar 1000 manatdan 1500 manata qədər cərimə olunur və 6 aya qədər azadlıqdan məhrum edilirlər. Bəzi hallarda bir sıra insanlar fake profillər açaraq başqa şəxsləri təhqir edirlər. Bu şəxslərə isə 100 manatdan 2000 manata qədər cərimə və 1 ilə qədər azadlıqdan məhrum etmə cəzası verilir”. pizza mizza

Hüquqşünas bildirib ki, şəxsiyyəti alçaldılan şəxslər bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna və məhkəməyə müraciət edərək faktın araşdırılmasını və həmin şəxsin cəzalandırılmasını tələb edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!