DİQQƏT! Bakıda İyun 8-dən 18-dək bu yollarda hərəkət məhdudlaşdırılacaq

DİQQƏT! Bakıda İyun 8-dən 18-dək bu yollarda hərəkət məhdudlaşdırılacaq

Sosial Veb saytların hazırlanması

08 İyun 2023 19:35 1085


İyun 8-dən 18-dək gündüz saat 10:00-17:00, gecə saat 23:00-05:00 aralığında Zağulba prospekti, Mərdəkan şosesi, Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərinin aparılmasıdır.

Qeyd edilib ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin işlər aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə icra olunacaq.

Agentlik sürücülərə qeyd olunan tarixlərdə sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!