DİQQƏT! Bayram günlərində paytaxın bu yollarında hərəkət məhdudlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bayram günlərində paytaxın bu yollarında hərəkət məhdudlaşdırılacaq

Sosial

09 Aprel 2024 19:15 662


Aprelin 10-14-də - Ramazan bayramı günlərində paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yenisabah.az-a verilən məlumata görə, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur.

“AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır. Ərazidə yaşayan sakinlərə məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaq üçün “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək, fərdi parklanma talonu almaları tövsiyə olunur. Toyuqlu pizza

Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!