DİQQƏT! Bu gün bəzi yerlərdə 44 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bu gün bəzi yerlərdə 44 dərəcə isti olacaq

Sosial

18 İyul 2022 08:51 1314


Bu günün hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti hökm sürəcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-41°, bəzi yerlərdə 43-44° isti, dağlarda gecə 10-15° isti, gündüz 28-33° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!