DİQQƏT! Bu şəxslər evsiz qala bilər - Mühüm XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bu şəxslər evsiz qala bilər - Mühüm XƏBƏRDARLIQ

Sosial

29 Aprel 2024 13:24 6933


“Etibarnamə yolu ilə calışın əmlak almayın. Bu həm cıxarışlı, həmcinin cıxarışsız mənzillərə şamil olunur”. 

Bu sözləri Yensiabah.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Mütəxəssis etibarnamə yolu ilə mənzil almaq istəyən vətəndaşları diqqətli olmağa çağırıb: 

"Əgər hər hansısa bir əmlakı etibarnamə yolu ilə almaq məcburiyyətində qalarsınızsa, mütləq şəkildə həmin etibarnamə Azərbaycan notariuslarında verilmiş olsun. Və etibarnamə ilə əmlak almaq məcburiyyətində qalarsınızsa maksimum həmin əmlakın sahibinin kimliyi ilə bağlı kicik bir araşdırma aparın”.  Marqarita pizza

Elnur Fərzəliyev mənzil alarkən əmlak sahibinin özü ilə birbaşa əlaqə qurmağın vacib olduğunu qeyd edib. O, xarici ölkələrdən göndərilmiş etibarnamələrdən isə qaçmağı tövsiyə edib: 

“Həmin şəxs barədə qonşulardan, bələdiyyədən, "JEK", sahə müvəkkili və sair aydiyyatı qurumlardan maraqlana bilərsiniz. Əmlakın sahibinin özü ilə birbaşa təmasa keçməmiş, onun satışla bağlı fikrini öyrənməmiş etibarnamə ilə alqı-satqı etməyin. Xarici ölkələrdən, xüsusən də Rusiyadan satış ücün göndərilmiş etibarnamələrdən uzaq olun”. 

Ekspert sənədləri qaydasında olmayan mənzilləri alan şəxslərin sonradan evsiz qala biləcəyini istisna etməyib. O, bu cür qərarlar qəbul edərkən mütəxəssislərlə məsləhətləşməyin vacib olduğunu bildirib.

Nazim HACIYEV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!