"Facebook" sosial şəbəkəsinin "Müştəriyəm, şikayətim var" qrupunda Cəmil Hüseynzadə adlı vətəndaş Çexiyaya gediş və iş müraciətləri ilə bağlı bəzi konsaltinq şirkətlərindən narazılığını bildirərək xəbərdarlıq paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, vətəndaşın sözlərinə görə, son zamanlar vasitəçi şirkətlər şirnikləndirici vəd və məlumatlarla müştəri cəlb etməyə çalışırlar. Ötən ilin noyabr ayından bəri nəticə gözlədiyini qeyd edən şikayətçi bildirib ki, şirkətlər işçilərin əməkhaqqını və ofis icarə haqqını qarşılamaq üçün vətəndaşlardan ilkin ödəniş almaqla kifayətlənirlər.
Şikayətdə vurğulanır ki, 50 müraciətçidən yalnız birinin kvotaya düşmə ehtimalının olduğunu şirkətlər öncədən bilsələr də, ödənişi alaraq müraciətçilərin taleyini diqqətdən kənarda saxlayırlar. Paylaşımda adıçəkilən sahədə fəaliyyət göstərən bəzi şirkətlərin ünvanına ağır tənqidlər səsləndirilib və vətəndaşlara bu cür vədlərə inanmamaq tövsiyə olunub. Marqarita pizza
Paylaşımda xüsusilə "Flyblast" və "Aid group" kimi şirkətlərin adları çəkilib, onların ünvanına kəskin tənqidlər səsləndirilib və vətəndaşlara bu cür vədlərə inanmamaq tövsiyə olunub.
Nazim Hacıyev
Telegram kanalımız