DİQQƏT! Sizi uşaqpulu adı ilə belə aldada bilərlər

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Sizi uşaqpulu adı ilə belə aldada bilərlər

Sosial

21 İyun 2023 11:54 1437


Sosial şəbəkədə yeni dələduzlar peyda olub. Bu dəfə onlar 500 manat "uşaqpulu" veriləcəyi ilə bağlı insanları tora salmağa çalışırlar.

BAKU.WS xəbər verir ki, sosial şəbəkədə prezidentin rəsmi internet saytına oxşayan saxta portallar yaradan dələduzlar vətəndaşlara saxta mesajlar göndərirlər.

Mesajlarda əhaliyə hər doğulan uşağa görə 500 manat pul veriləcəyi qeyd olunub. Növbəti mərhələdə vətəndaşlara doldurmaq üçün blank təqdim olunur. Həmin blankda əvvəlcə valideynlər barədə, daha sonra bank kartları barədə məlumatların doldurulması istənilir. pizza mizza

Bank kartları barədə məlumatları qeyd edən şəxs bu dələduzların qurbanına çevrilə bilər. Bu səbəbdən hər hansı mövzuda dəqiqləşdirmə aparmaq üçün rəsmi qurumlara müraciət etmək gərəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!