Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salındı

Sosial

06 Mart 2021 21:39 679


6 mart saat 16:00 tarixində keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb.

Təhsil Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, qeyd olunan tarixdə imtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb olunacaq və onlara yeni sual variantı təqdim ediləcək.

"Eyni zamanda bildiririk ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar 7 mart 2021-ci il tarixində keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi təxirə salınıb. Marqarita pizza

Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib.

İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq", - deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!