Doğum səviyyəsinə görə Qafqazda lider ölkə

saytların hazırlanması

Evə çatdırılma

Doğum səviyyəsinə görə Qafqazda lider ölkə

Sosial

03 Fevral 2021 15:42 811


Doğum səviyyəsinə görə dünya ölkələri arasında Azərbaycan orta yerlərdən birini tutur.

Yenisabah.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) tərtib etdiyi reytinqdə Azərbaycan 229 ölkə arasında 126-cı yerdədir. Belə ki, ölkədə hər 10 min əhaliyə 145 doğum hadisəsi düşür

Reytinqə 475 doğum göstəricisinə malik Niger başçılıq edir. Sonrakı yerlərdə Anqola (427) və Uqanda (423) qərarlaşıb. Reytinqdə sonuncu yer tutan Monacoda bu göstərici 64-dür. Cənubi Qafqaz ölkələrindən Ermənistanda hər 10 min əhaliyə 119, Gürcüstanda isə 116 doğum düşür. Pepperoni pizza

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisi 2020-ci ilin 1 dekabr tarixinə olan vəziyyətə görə 10 123 4 min nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz çoxdur. 2020-ci ilin 11 ayı ərzində ölkədə 116 454, yəni əvvəlki ilə nisbətən 9,9 faiz az uşaq doğulub. Doğulan uşaqların 53,3 faizi oğlanlar, 46,7 faizi qızlar təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!