Doktoranturaya imtahanla bağlı narazılıq: “2 sual yanlış tərtib olunmuşdu“

saytların hazırlanması

Evə çatdırılma

Doktoranturaya imtahanla bağlı narazılıq: “2 sual yanlış tərtib olunmuşdu“

Sosial

01 İyul 2021 14:43 919


20 iyun 2021-ci il tarixində keçirilmiş doktorantura qəbul imtahanında imtahan iştirakçılarının çoxu nəticələrdən narazıdır.

Yenisabah.az-a müraciət edən namizədlərin sözlərinə görə, qəbul üçün nəzərdə tutulmuş 25 baldan aşağı nəticə göstərənlərin nəticələri qeyri-məqbul hesab edilib.

Həmçinin, imtahanın keçirilmə tarixinin namizədlərə gec çatdırılması və cari ilin məzunlarının magistr dissertasiya müdafiəsinə hazırlanma mərhələsi ilə üst-üstə düşməsi bir çox namizədlərin nəticələrinin qeyri-məqbul sayılmasına səbəb olub. Pepperoni pizza

 Onlar eyni zamanda imtahanda iki sualın yanlış tərtib edildiyini və həmin sualların iştirakçıların əleyhinə hesablandığını bildiriblər:

“Listening” bölməsində 2 imtahan sualının cavabı səsləndirilən mətndə öz əksini tapmırdı. Buna baxmayaq, sualların cavabı iştirakçıalrda səhv cavab kimi qiymətləndirilib. Biz bunları nəzərə alaraq, keçid üçün nəzərdə tutulmuş minimal 25 balın yenidən müzakirə edilərək biz namizədlərin xeyrinə dəyişdirilməsini, keçidin 20 bala endirilməsini və öz ixtisasımız sahəsində elmi tədqiqat işlərimizi doktrantura səviyyəsində davam etdirməyimizə şərait yaradılmağını xahiş edirik”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!