Dolların qiyməti dəyişmirsə, bahalaşma niyə davam edir?

saytların hazırlanması

Evə çatdırılma

Dolların qiyməti dəyişmirsə, bahalaşma niyə davam edir?

Sosial

01 Avqust 2026 11:38 87


Dolların məzənnəsində ciddi dəyişiklik baş verməsə də, bazarda bir çox məhsulun qiymətinin artması istehlakçılar arasında suallar doğurur. Bir çox insanlar hesab edir ki, dollar sabitdirsə, məhsulların qiymətində də dəyişiklik olmamalıdır.

Maraqlıdır, dollar bahalaşmasa da, qiymətlər niyə artır?

“Yeni Sabah” Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı Asif İbrahimov söyləyib ki, bu məsələyə bir qədər geniş prizmadan yanaşmaq lazımdır: Sezar pizza

“İlk növbədə qeyd edək ki, qiymətlərin formalaşması yalnız dolların məzənnəsindən asılı deyil. Azərbaycanda manat uzun müddətdir ABŞ dollarına nisbətən Mərkəzi Bank bu sabitliyi qorumağa çalışır. Bu isə o deməkdir ki, qiymət artımlarını yalnız devalvasiya ilə izah etmək artıq mümkün deyil. Qiymət artımının əsas səbəbləri istehsal və idxal xərclərinin yüksəlməsi, logistika xərclərinin bahalaşması, əməkhaqlarının və enerji xərclərinin artması, həmçinin bazardakı rəqabət mühitidir. Bununla yanaşı, gömrükdə tətbiq olunan qiymətləndirmə mexanizmlərinin də inflyasiyaya təsiri olduğunu qeyd etmək lazımdır. “Gömrük tarifi haqqında” qanunvericilikdə gömrük dəyərinin müəyyən edilməsi üçün altı üsul nəzərdə tutulub.

Qaydaya görə, birinci üsul tətbiq edilə bilmədikdə ikinciyə, sonra üçüncüyə və ardıcıllıqla digər üsullara keçilməlidir. Lakin praktikada çox vaxt ehtiyat üsulu, yəni altıncı üsul tətbiq olunur. Nəticədə idxalçının təqdim etdiyi alış qiyməti deyil, gömrük orqanlarının müəyyən etdiyi qiymət əsas götürülür. Bu da məhsulun maya dəyərini artırır. Belə olan halda məhsulun üzərinə əlavə xərclər yüklənir və sonda həmin yükü istehlakçı ödəyir. Yəni inflyasiyanın bir hissəsi hələ məhsul bazara çıxmamış, gömrük mərhələsində formalaşır. Bunun isə dolların məzənnəsi ilə birbaşa əlaqəsi yoxdur. Qiymət artımına təsir edən digər mühüm amillərdən biri də bazardakı rəqabət mühitidir. Monopoliya və oliqopoliya hallarında qiymətlərin daha sürətlə artması müşahidə oluna bilər. Bundan başqa, qlobal inflyasiya da nəzərə alınmalıdır. Azərbaycan bir çox məhsul və xammal üzrə idxaldan asılı olduğu üçün xarici bazarlarda baş verən bahalaşma daxili bazarda da qiymət artımına səbəb olur. Bu, iqtisadiyyatda “idxal olunmuş inflyasiya” kimi qiymətləndirilir”.

İqtisadçı ölkədə tətbiq olunan gömrük və vergi mexanizmləri də qiymətlərin formalaşmasına birbaşa təsir göstərdiyini əlavə edib:

“İstehlakçı məhsulun xaricdə neçəyə alındığını deyil, mağaza piştaxtasındakı son qiyməti görür. Həmin son qiymətə çatana qədər isə məhsulun üzərinə müxtəlif mərhələlərdə çoxsaylı xərclər əlavə olunur. Məhsul ölkəyə daxil olana qədər gömrük ödənişləri, logistika, saxlanma xərcləri, kommunal xidmətlərin bahalaşması və digər məsrəflər qiymətə təsir edir. Son dövrlərdə dizel yanacağının bahalaşması daşınma xərclərini də artırıb. Bütün bunların nəticəsində istehlakçı mağazada eyni məhsulu daha yüksək qiymətə almaq məcburiyyətində qalır.

Başqa sözlə, inflyasiya təkcə valyuta məzənnəsinin deyil, həm də daxili iqtisadi siyasətin, bazar mühitinin və inzibati qərarların nəticəsidir. Hazırda Azərbaycanda dollar qıtlığı yoxdur. Əksinə, neft və qaz ixracından əldə olunan valyuta gəlirləri hesabına bazarda xarici valyuta təklifi kifayət qədər yüksəkdir və manatın məzənnəsi sabit saxlanılır. Bu baxımdan qiymət artımlarını yalnız dolların üzərinə yazmaq iqtisadi baxımdan əsaslı yanaşma deyil. Məhsulların bahalaşmasının səbəblərini daha geniş iqtisadi amillərdə, xüsusilə də gömrük, vergi mexanizmləri, bazardakı rəqabət mühiti və qiymətlərin formalaşmasına təsir edən inzibati qərarlarda axtarmaq lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!