DOST Mərkəzi qazi ailəsinə dəstək göstərəcək - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

DOST Mərkəzi qazi ailəsinə dəstək göstərəcək - Fotolar

Sosial

31 Yanvar 2021 18:27 1084


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Qarabağ müharibəsi iştirakçısı Kənan Məmmədovu evində ziyarət ediblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beş nəfərdən ibarət ailənin başçısı olan Kənan Məmmədovun  səhhətində yaranmış problemlərlə bağlı onun əlilliyinin qiymətləndirilməsi üçün müvafiq müraciət prosedurunun sürətli şəkildə həyata keçirilməsində mərkəz ona öz dəstəyini göstərəcək.  Toyuqlu pizza

Həmçinin qazinin həyat yoldaşının məşğulluğunun təmin edilməsinə kömək göstərilir. 

Ailəyə bildirilib ki, DOST Agentliyi onların ehtiyaclarının qarşılanması üçün dövlət dəstəyi tədbirləri çərçivəsində istənilən köməyi göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!