Dostları ilə yola çıxdı, evinə qayıda bilmədi: 17 yaşlı gəncin faciəsi   qurbanı oldu

saytların hazırlanması

Evə çatdırılma

Dostları ilə yola çıxdı, evinə qayıda bilmədi: 17 yaşlı gəncin faciəsi qurbanı oldu

Hadisə

06 Oktyabr 2026 09:41 103


Qaxda sürücülük hüququ olmayan 18 yaşlı gəncin idarə etdiyi avtomobilin yüksək sürətlə hərəkətdə olarkən qəzaya uğraması ölümlə nəticələnib.

"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün saat 02:45 radələrində Qax şəhəri ərazisində baş verib. Şəhər sakini, 18 yaşlı Kamran Məmmədov sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel” markalı avtomobili maneəyə vurub. Nəticədə avtomobildə sərnişin qismində olan 17 yaşlı Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qəzada avtomobildə olan digər sərnişinlər – Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Dördpendirli pizza

İlkin ehtimala görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Belə ki, idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, avtomobil idarə edilərkən diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması, eləcə də sürücülük hüququ olmayan şəxsin sükan arxasına keçməsi kimi kobud qayda pozuntularının ağır və faciəvi nəticələrə səbəb ola biləcəyini bir daha xatırladıb.

İdarə bir gəncin həyatına son qoyan faciədən nəticə çıxarmağa, sürücülük hüququ olmayan şəxslərə avtomobil verməməyə və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!