Dostunun kartını oğurlayıb toya pul yazdıran şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Dostunun kartını oğurlayıb toya pul yazdıran şəxs saxlanıldı

Kriminal

14 Fevral 2026 17:25 585


Bakının Nəsimi rayonunda vətəndaşın bank kartından 1400 manat məbləğində pul vəsaitinin gizli şəkildə talanması ilə əlaqədar polisə şikayət daxil olub.

"Yeni Sabah" "Teleqraf"a istinadla məlumat verir ki, polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ə.Qasımzadə müəyyən edilərək saxlanılıb.

Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən şəxs toy mərasimində iştirak edərkən pul vəsaiti çıxarması məqsədilə bank kartını yanında olan tanışına, yəni hazırda saxlanılan şəxsə təqdim edib. pizza hut

Müəyyən edilib ki, Ə.Qasımzadə fürsətdən istifadə edərək kartda olan vəsaitin hamısını nağdlaşdırıb. Daha sonra o, oğurladığı məbləğdən toyda həm kart sahibinin, həm də öz adından pul yazdırıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!