Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Dövlət Agentliyi 4-cü dozanı vurdurmağı məsləhət gördü
28 Okt 2021 16:01
472

Dövlət Agentliyi 4-cü dozanı vurdurmağı məsləhət gördü

“Koronavirus əleyhinə buster (qüvvətləndirici), yəni 3-cü dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər”.

Yenisabah.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat yayıb.

Hazırda Azərbaycanda ilkin vaksinasiyadan 6 ay sonra buster və ya revaksinasiya mümkündür: “COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün buster dozanın (3-cü doza) vurulması tövsiyə olunur”.

“Vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürəndə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur. Yəni bu qayda peyvənd üçün ilk növbə götürmə prosesindəkinə oxşardır. Həmin vaxt da ikinci dozanın vurulma tarixi vətəndaşa ekranda göstərilir, yaxud da mobil nömrəsinə göndərilən sms-də bildirilir. Odur ki, 4-cü doza üçün əlavə növbə götürməyə ehtiyac yoxdur”.

Agentlik vaksinaya prosesinin gedişatı ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməyi tövsiyə edib.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər 9.469.618 vaksin vurulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər