Dövlət Agentliyi: “Əlillik dolanışıq və qazanc mənbəyi deyil”

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Agentliyi: “Əlillik dolanışıq və qazanc mənbəyi deyil”

Sosial

25 Fevral 2022 11:43 434


“Ötən il qiymətləndirmə nəticəsində 61 935 şəxsə əlillik təyin edilib. Onlardan 18 493 nəfərə ilkin əlillik , 43 443 nəfərə isə təkrar əlillik təyin olunub”.

“Report” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, bəzən insanlar elə düşünür ki, xəstələnəndə və ya travma alıbsa mütləq şəkildə əlillik dərəcəsi almalıdır: “Qeyd edim ki, əlillik xəstəliyə görə deyil, funksional pozuntuların ağırlaşma faizinə görə verilir. Əlillik dolanışıq və qazanc mənbəyi deyil”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!