Dövlət Agentliyi saxta əlilliklərin ləğvi məsələsinə münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Agentliyi saxta əlilliklərin ləğvi məsələsinə münasibət bildirdi

Sosial

17 Fevral 2023 13:50 792


"İndiki zamanda əlillik təyinatı şəffaf şəkildə həyata keçirilir".

Yenisabah.az  APA-ya istinadla xəbər verir ki, bunu ƏƏSMN-in tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov bildirib.

O, saxta əlilliklərin ləğvi ilə bağlı danışan A. Bayramovun sözlərinə görə, bundan öncəki zamanda sui-istifadə halları da olubsa, onlar aşkarlanır: pizza mizza

"Mütəmadi olaraq risk qrupuna aid olan şəxslər yoxlanılır. Bizim əsas məqsədimiz indiki dövrdə və sonrakı dövrdə əlillik təyinatına şəffaflığı tam təmin etməkdir. Eyni zamanda real əlilliyi olan şəxslərin çətinlik yaşamadan əlillik ala bilməsini təmin etməkdir. Ötən il ərzində 57 mindən çox şəxs əlillik təyinatı alıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!