25 İyun - 17:17
“Dövlət ancaq tanınmış aktyorlara kömək edir“ - Valeh Kərimov

“Dövlət ancaq tanınmış aktyorlara kömək edir“ - Valeh Kərimov

Mədəniyyət

27 May 2022 11:56 2155


Pandemiya 2 il ərzində digər sahələr kimi, incəsənət cameəsində də durğunluq yaratdı. Gündəlik olaraq gəliri el şənliklərindən, tədbirlərindən, serial, filmlər, reklam çəkilişlərindən çıxan sənət adamlarının pandemiyadan sonrakı vəziyyəti də bir qədər çətinləşdi. 

Mövzu ilə bağlı tamaşaçıların yaddaşında "Moşu Göyəzənli" kimi qalan aktyor Valeh Kərimov Yenisabah.az-a danışıb.

78 yaşlı Xalq artisti hazırda heç bir yerdə işləmədiyini, artıq təqaüdə çıxdığını deyib:

“Səhhətim yaxşıdır. Yanvar ayında COVİD-ə yoluxsam da müalicə aldım, vəziyyətim yaxşıdır, düzəlmişəm. Yaradıcılığa dava etmirəm, hardan edim? Heç bir yerdə işləmirəm, təqaüddəyəm. Film çəkənlərdən də təklif almıram”.

Bu gün maddi durumu ilə bağlı problem yaşayan sənət dostlarından danışan aktyor ehtiyacı olan sənət adamlarına aidiyyatı qurumlar tərəfindən yardım edilməsinin tərəfdarı olduğunu bildirib:  

“Mənim elə bir ciddi problemim olmayıb ki, dövlətdən yardım istəyim, amma indi elə bir quurm yoxdur ki, xəstə olan sənətçilərə yardım edilsin. Kim harda xəstələndi özbaşına müalicəsini davam etdirir. Dövlət bəzi aktyorlara yardım edir, hansılar ki, hörməti çoxdur, tanınmışdır. Belə hallar olur, bunu danmaq olmaz. Amma Mədəniyyət Nazirliyi bu işlərlə məşğul olmur. Ehtiyacı olan sənətçilərə yardım olunsa, yaxşı olardı, bu işlə Mədəniyyət Nazirliyi, Teatr Xadimlər İttifaqı məşğul olmalıdır. Elə bir fond yaratsınlar ki, xəstə olan aktyorlara, köməksiz qalan sənət adamlarına yardım etsinlər, belə bir şey yaratsalar yaxşı olardı. Əvvəllər belə şeylər olub, amma indi yoxdur. Elə biri həmkarım Allahverdi Yolçuyev, yazıq xəstədir, köməyi yoxdur, yardım edən də yoxdur. Allah hər kəsin köməyi olsun”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!