Dövlət başçıları arasında telefon söhbəti oldu

saytların hazırlanması

Evə çatdırılma

Dövlət başçıları arasında telefon söhbəti oldu

Siyasət

17 May 2026 11:38 100


Prezident İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

"Yeni Sabah" xəbər verir ki, dövlət başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim rifah və tərəqqi arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və səmimi təbriklərə görə minnətdarlığını bildirib. Dördpendirli pizza

Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçıları, həmçinin mayın 15-də qədim Türküstan şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü məmnunluqla xatırlayıb, həmin tədbirin Türk dünyasında həmrəyliyin və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından önəmini qeyd ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!