“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistana gözlənilən dövlət səfəri ərəfəsində Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) geniş müsahibə verib. Dövlət başçısının açıqlamaları iki qardaş ölkə arasındakı münasibətlərin bu gün hansı yüksək səviyyəyə çatdığını bir daha nümayiş etdirir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, 2024-cü ilin avqustunda Azərbaycan Prezidentinin, 2025-ci ilin iyulunda isə Özbəkistan liderinin qarşılıqlı dövlət səfərləri zamanı imzalanan "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" bu əlaqələrin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib:
“Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə, dilə və mənəvi dəyərlərə əsaslanaraq son illərdə misli görünməmiş templə inkişaf edib və artıq ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Bunda Prezident Şavkat Mirziyoyevlə qurulan səmimi dostluq və qarşılıqlı etimadın mühüm rolu olduğunu qeyd edən dövlət başçısı, son beş ildə iki ölkə arasında 15 qarşılıqlı ali səviyyəli səfərin baş tutduğunu bildirib. Bu, onun Özbəkistana üçüncü dövlət səfəri, ümumilikdə isə yeddinci səfəri olacaq.
2024-cü ilin avqustunda Azərbaycan Prezidentinin, 2025-ci ilin iyulunda isə Özbəkistan liderinin qarşılıqlı dövlət səfərləri zamanı imzalanan "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" bu əlaqələrin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib. 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura isə strateji tərəfdaşlığın əlaqələndirilməsi üçün mühüm institusional mexanizmə çevrilib. Sezar pizza
Müsahibənin mühüm hissəsi iqtisadi-ticari əlaqələrə həsr olunub. Prezidentin sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb, 2026-cı ilin ilk beş ayında isə bu göstərici 33 faiz artımla 144 milyon dolları ötüb. 500 milyon dollar kapitallı Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti investisiya əməkdaşlığının əsas platformasına çevrilib, Hökumətlərarası Komissiya isə artıq 15-ci iclasını keçirib.
"Neftegaztexnologiya" və "Turan Energy AFEZCO" birgə müəssisələri, yaşıl enerji istiqamətində "Yaşıl Dəhliz Birliyi" fəaliyyət göstərir. Tranzit daşımalarda da nəzərəçarpan artım var. 2025-ci ildə həcm 6,7 faiz artıb, cari ilin yanvar-iyun aylarında isə 12,2 faiz yüksəlib. Ölkədə 130-dan çox özbək investisiyalı müəssisə qeydiyyatdan keçib, Azərbaycan tərəfi isə "PASHA Holding"in Daşkənddəki "Ritz-Carlton" layihəsi və "Sea Breeze Uzbekistan" turizm kompleksi kimi iri investisiyalar həyata keçirir”.
N.Həmzəyev əlavə edib ki, Füzulidə Özbəkistanın dəstəyi ilə tikilən Mirzə Uluqbəy adına məktəb işğaldan azad olunmuş ərazilərin bərpasında qardaş ölkənin verdiyi töhfənin bariz nümunəsidir:
“Prezident mədəni diplomatiyanı münasibətlərin ayrılmaz hissəsi adlandırıb. Bakının mərkəzində salınan "Özbəkistan" parkı, Daşkənddəki Heydər Əliyev meydanı, qarşılıqlı Mədəniyyət Günləri və Türkoloji Qurultayla bağlı tədbirlər bu əlaqələrin canlı rəmzləridir. Təhsil sahəsində 2025-2026-cı tədris ilində 67 özbəkistanlı Azərbaycanda, 176 azərbaycanlı isə Özbəkistanda təhsil alıb. Füzulidə Özbəkistanın dəstəyi ilə tikilən Mirzə Uluqbəy adına məktəb işğaldan azad olunmuş ərazilərin bərpasında qardaş ölkənin verdiyi töhfənin bariz nümunəsidir. İki ölkə arasında 10 şəhər qardaşlaşıb, Naxçıvan-Ürgənc əlaqələri isə yaxın vaxtlarda əlavə olunacaq.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bunu ortaq tarixi və mədəniyyəti gələcəyə daşıyan strateji birlik kimi qiymətləndirib. O, həmçinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu üzv qismində qoşulmasından, "C5" formatının "C6"ya çevrilməsindən danışıb və bunu regionla əlaqələrin strateji əhəmiyyətinin göstəricisi adlandırıb.
Müsahibəni yekunlaşdıraraq dövlət başçısı Özbəkistanın dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə qardaş xalqı təbrik edib, ölkəyə sülh, tərəqqi və yeni nailiyyətlər arzulayıb. Ümumilikdə müsahibə göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri siyasi dialoqdan iqtisadi tərəfdaşlığa, mədəni əlaqələrdən regional təhlükəsizliyə qədər geniş spektrdə dinamik və çoxşaxəli inkişaf yolu keçir və yaxınlaşan dövlət səfəri bu əməkdaşlığa yeni təkan verəcək”.
Nazim Hacıyev
Telegram kanalımız