Dövlət büdcəsi ilə bağlı mühüm qərar: Xəzinədə 580 milyon manat artıq vəsait qaldı

saytların hazırlanması

Evə çatdırılma

Dövlət büdcəsi ilə bağlı mühüm qərar: Xəzinədə 580 milyon manat artıq vəsait qaldı

İqtisadiyyat

30 İyun 2026 11:40 68


Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi III oxunuşda qəbul olunub.

"Yeni Sabah" xəbər verir ki, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur.

Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çox, proqnozdan isə 6,8 % azdır. Marqarita pizza

İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 %-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!