Dövlət büdcəsinin gəlirləri 29,3 milyard manatı ötdü

saytların hazırlanması

Evə çatdırılma

Dövlət büdcəsinin gəlirləri 29,3 milyard manatı ötdü

İqtisadiyyat

09 Oktyabr 2026 10:47 77


2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icmasında müsbət dinamika müşahidə olunub. Hesabat dövründə xəzinədarlıq orqanları tərəfindən 984 mindən çox ödəniş tapşırığı icra edilib və gəlirlərin toplanmasında yüksək göstəricilər qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, cari ilin 9 ayı ərzində dövlət büdcəsinin gəlirləri 29 milyard 312,1 milyon manat təşkil edib. Bu göstərici proqnozu 787,7 milyon manat (2,8 faiz), ötən ilin analoji dövrünü isə 169,7 milyon manat (0,6 faiz) üstələyib.

Eyni dövrdə dövlət büdcəsinin xərcləri 25 milyard 348,2 milyon manat məbləğində icra olunub ki, bu da illik müqayisədə 680,0 milyon manat və ya 2,8 faiz çoxdur. pizza

Bundan əlavə, 2026-cı ilin yanvar-sentyabr aylarında icmal büdcənin gəlirləri 36 milyard 730,8 milyon manat, xərcləri isə 30 milyard 89,9 milyon manat təşkil edib.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!