Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı son statistikaya əsasən, cari ilin yanvar-sentyabr aylarında ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması portalı (“tedaruk.az”) üzərindən həyata keçirilən əməliyyatların həcmi 103,2 milyon manatı keçib.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə sistem üzərindən ümumilikdə 13 min 320 sifariş emal olunub. Prosesdə 113 dövlət müəssisəsi alıcı, 83 təchizatçı isə satıcı qismində iştirak edib.
Respublikanın 73 müxtəlif bölgəsini əhatə edən sifarişlər çərçivəsində portal vasitəsilə 230 çeşiddə ərzaq məhsulunun alışı reallaşdırılıb. pizza mizza
Telegram kanalımız