Dövlət İdarəçilik Akademiyasına yeni dekan təyin olundu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dövlət İdarəçilik Akademiyasına yeni dekan təyin olundu - Foto

Sosial

19 Sentyabr 2022 22:06 1882


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (ARPDİA) "Siyasi idarəetmə" fakültəsinə yeni dekan təyin olunub.

Yenisabah.az xəbər verir ki, fakültəyə s.e.f.d, dosent Murtəza Həsənov rəhbərlik edəcək.

Qeyd edək ki, M.Həsənov Biləsuvar rayonunda anadan olub. O, Türkiyənin Qazi Universitetinin "İqtisadi və idarəetmə elmləri" fakültəsinin, eyni zamanda həmin ali təhsil ocağının magistr pilləsi üzrə "Dövlət idarəçiliyi və siyasi elmlər" proqramının məzunudur. pizza sifarişi

M.Həsənov həmçinin Qazi Universitetində doktorantura pilləsində təhsil alarkən müəllim kimi də işləyib. Daha sonra tədris fəaliyyətini Dövlət İdarəçilik Akademiyasında davam etdirib./Report


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!