Dövlət Komissiyası: “Kütləvi məzarlığın altında başqa insan qalıqları da ola bilər”

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Komissiyası: “Kütləvi məzarlığın altında başqa insan qalıqları da ola bilər”

Sosial

15 Oktyabr 2022 13:16 921


“Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlığın altında Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş digər insanların da qalıqlarının ola biləcəyi ehtimal edilir”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Zaur İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda aşkar edilən qalıqlar ümumi məzarlıqdan çıxarıldıqdan sonra qazıntılar davam etdiriləcək: Dominos pizza

“Özü də təkcə bu kütləvi məzarlığın ərazisində deyil, bütün Xocavənd rayonunda. Bu işlər işğaldan azad edilmiş digər ərazilər də minalardan təmizləndikcə davam etdiriləcək”.

Z.İsmayılov vurğulayıb ki, Azərbaycan hərbçilərinə aid olduğu güman edilən 12 nəfərin tapılan qalıqları şəxsiyyətlərinin müəyyən edilməsi üçün ekspertizaya veriləcək, sonra isə yaxınlarına təhvil veriləcək:

“Lakin həmin şəxslərin vəfatından 30 ilə yaxın vaxt keçdiyini nəzərə alsaq, bu iş ləngiyə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!