Dövlət Komitəsi: “15 yaşlı qız ərə verilməyib, nişan olub“

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Komitəsi: “15 yaşlı qız ərə verilməyib, nişan olub“

Sosial

27 İyul 2021 14:59 682


Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xaçmaz rayonunda 15 yaşlı qızın 29 yaşlı oğlanla evləndirilməsinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, qurumun mətbuat katibi Teymur Mərdanoğlu oxu.az-a açıqlamasında bildirib ki, məsələ araşdırılıb:

"Sosial şəbəkələrdə görüntülər yayılan kimi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal məsələyə reaksiya verdi. Komitə rəhbərliyinin tapşırığı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailədə olublar. Onlar əməkdaşlara bildiriblər ki, 15 yaşlı qız ərə verilməyib, sadəcə nişan edilib. pizza mizza

Ailə qeyd edib ki, pandemiyaya görə yenidən sərt karantinin olmasından qorxduqları üçün nişan ediblər. Qızın toyu təhsilini bitirdikdən sonra 18 yaşı tamam olan zaman baş tutacaq”.

O qeyd edib ki, məsələ komitənin nəzarətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!