Azərbaycan cəmiyyətində qadın qətlləri adi haldır. Son belə hadisə Babək rayonunda baş verib: qayınatası 19 yaşlı J.M-i boğaraq qətlə yetirib.
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, ailə-məişət zəminində problemlərin aradan qaldırılması ilə bağlı Komitə yerli icra hakimiyyətlərinin komissiyaları və 11 dövlət qurumu (DİN, TN, ƏƏSMN və s.) ilə birgə tədbirlər görür:
“Konkret məkanlarda fəaliyyət yerli İH-lərin səlahiyyətlərindədir. Bu çərçivədə DİN-in yerli şöbələrində hər rayon üzrə siyahılar formalaşdırılır və onlara dair müvafiq tədbirlər seçilir. Dövlət Komitəsinə daxil olan müraciətlərə əsasən həmin siyahı formalaşıb. Daxil olan müraciətlərdə səlahiyyətlərimiz çərçivəsində yardımlar göstəririk. Bunun içində ilkin hüquqi, psixoloji yardımların göstərilməsi mövcuddur. Bu tip ailələr nəzarət altında saxlanılır və DİN əməkdaşları ilə bərabər onlara səfərlər həyata keçirilir. Ehtiyacı olan ailələrə hüquqi sənədlərin alınmasında yardımlar edilir. Yardım çərçivəsində hüquqşünaslar, psixoloqlar, sosial işçilər bu işlərə cəlb edilir. Boşanma məsələlərində, ailə-məişət zorakılıqlarının aradan qaldırılmasında tədbirlər həyata keçirilir. Qeyd edilən problemli ailələrin siyahısı Komitədə mövcuddur”. Pepperoni pizza
Elgün Səfərov problemin mahiyyətinə varmağın vacibliyini vurğulayıb:
“Bu tip patriarxal strerotiplər Azərbaycan ailələrində heç 1%-i təşkil etmir. Azərbaycanda 2 milyon 100 minə yaxın ailələr var ki, hər il təxminən minində bu cür problemlər baş yaranır. Qonşu ölkələrlə müqayisədə bu kimi hallar Azərbaycanda azdır. Komitəyə daxil olan siqnallar oxşar hadisələrin təkrarlanmasının qarşısını almasını mümkün edir”.
Komitə təmsilçisi vurğulayıb ki, qətl faktları dövlət qurumlarına öncədən daxil olmayan siqnallara görə baş verir.
Şöbə müdiri bildirib ki, vətəndaşlar qadınlara qarşı zorakılıq faktlarını öncədən Dövlət Qurumlarına bildirmirlər. “Bu məsələyə ciddi yanaşılmalıdır. Nə qədər ki, insan faktoru var, bu problemlər mövcud olacaq”, – deyə Elgün Səfərov əlavə edib.
Rəfi Müslümov
Telegram kanalımız