Dövlət Komitəsi erkən nikahlara dair dəyişiklik təklif edir

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Komitəsi erkən nikahlara dair dəyişiklik təklif edir

Sosial

28 Fevral 2024 13:42 326


Bizə məlumat daxil olanda dərhal ona reaksiya veririk. Məsələn, toy şənliyi və ya nişan mərasimi keçirmək istəyirlər, bu zaman onlarla profilaktik söhbətlər aparırıq, erkən nikahın acı nəticələri barədə məlumat veririk.

Yenisabah.az xəbər verir ki, bunu DİN-in xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Emin Nəsirli bildirib.

“Əksər hallarda toy sahibi toyu dayandırır, amma bunun üçün hansısa cəza tədbiri nəzərdə tutulmadığına görə məsuliyyət nəzərdə tutulmur. 16 yaşdan 18 yaşa qədər əgər öz razılıqları ilə ailə həyatı qurulursa, bununla bağlı məsuliyyət nəzərdə tutulmayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi ilə tanış olduq. Layihədə həmin şənliklərin keçirilməsi ilə də bağlı Cinayət Məcəlləsinin 176.1 maddəsinə 176.2 əlavə təklif olunub. Burada həmin şənliklərin keçirilməsinə görə məsuliyyət nəzərdə tutulur. pizza

Ailə Məcəlləsinin 10-cu maddəsində göstərilir ki, nikaha daxilolma yaşı 18-dir. İstisna hallarda müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə 17 yaşa endirilə bilir. Lakin 16 yaşdan 18 yaşa qədər nikah bağlandığı halda hazırda bunu tənzimləyən norma yoxdir. Bununla bağlı təkliflər verilib, əlavə dəyişikliklər olmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!