Dövlət növbəti hərracı elan etdi – Bu yataq investorlara təklif olunur

saytların hazırlanması

Evə çatdırılma

Dövlət növbəti hərracı elan etdi – Bu yataq investorlara təklif olunur

Sosial

07 Avqust 2026 18:10 68


Sentyabrın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

"Yeni Sabah" xəbər verir ki, hərracda İsmayıllı rayonunda yerləşən "Girdimançay-I" (13.0 ha) qum-çınqıl yatağı investorlara təklif olunacaq.

İddiaçılar hərracda iştirakla bağlı sənədləri sentyabrın 9-u, saat 18:00-a qədər "Bakı KOB evi"nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər. pizza

Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Elan ilə Hərracların Təşkili Mərkəzinin rəsmi saytına (auksion.gov.az) daxil olub tanış olmaq mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!