Dövlət qurumlarının bu tələbi tənqid olundu: Qanunla qadağandır! 

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumlarının bu tələbi tənqid olundu: Qanunla qadağandır! 

Sosial

20 May 2024 13:08 2219


Bir sıra dövlət orqanları və özəl müəssisələr üçün iş elanlarında əməkhaqqı məbləğinin qeyd olunmaması iş axtaran şəxslərin narazılığına səbəb olur. Bununla yanaşı, dövlət müəssisələrində, humanitar sahələrdə çalışacaq şəxslər üçün qoyulan tələblər yersiz hesab olunur. Bəs bu məsələ əslində necə tənzimlənməlidir? 

Əmək məsələləri üzrə ekspert, hüquqşünas Sahib Məmmədov sözügedən mövzu haqda bir sıra məsələləri “Yeni Sabah”a açıqlayıb:

“Dövlət orqanları işə qəbul qaydalarını açıqlayaraq, veb səhifələrində yerləşdirməyə borcludurlar. Bu korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planının tələblərindəndir. Amma kommersiya qurumları qarşısında belə bir tələb yoxdur. Hər iki halda əməkhaqqını aşkar və gizli saxlamaq olar. Çünki əməkhaqqının mütləq şəkildə vakansiya elanında qeyd edilməsi ilə bağlı ciddi interaktiv tələb yoxdur. İş elanlarındakı qeyri-qanuni olan yaş və cins tələbləridir. Bunlar qanunla qadağandır”.  Dördpendirli pizza

Hüquqşünas qeyd edir ki, vətəndaşların qəbulunu həyata keçirən dövlət müəssisələrində stresə davamlılıq tələbi məqbul hesab olunur:

“Dövlət orqanına işə qəbul prosesinin müsahibə mərhələsində şəxsin emosional vəziyyəti və digər zəruri keyfiyyətlərə sahib olması qiymətləndirilir. Vətəndaşlara xidmət göstərən və qəbulunu həyata keçirən orqanlarda emosional stabillik tələb olunur. Bəzən insanlar hövsələdən çıxa bilər. Amma bu yolverilməzdir. Dövlət orqanlarında çalışan şəxslər stresə və gərginliyə maksimum dərəcədə davamlı olmalıdır. Bu cəhətdən həmin vakansiyalarda bu xüsusiyyətin qeyd olunması məqbul hesab olunmalıdır”.

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!