Dövlət qurumu işçi axtarır – Bu şəxslərə üstünlük veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumu işçi axtarır – Bu şəxslərə üstünlük veriləcək

Sosial

14 Avqust 2026 10:01 38


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb sahəsində çalışan mütəxəssislər üçün yeni vakansiyalar elan edib.

“Yeni Sabah” xəbər verir ki, dövlət qurumu terapevt, nevropatoloq, psixiatr, cərrah, oftalmoloq, rentgenoloq, otorinolarinqoloq, dermatoveneroloq və digər ixtisaslar üzrə həkimlər, eləcə də müxtəlif tibbi diaqnostika sahələri üzrə mütəxəssislər axtarır.

Vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər info@seferberlik.gov.az elektron poçt ünvanına CV göndərə və ya Dövlət Xidmətinin elektron portalında anket doldura bilərlər. Pepperoni pizza

Müraciət zamanı şəxsiyyət vəsiqəsinin FİN kodunun qeyd edilməsi tələb olunur. Seçim zamanı kliniki təcrübəyə malik namizədlərə üstünlük veriləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!