Dövlət Vergi Xidmətindən 7,7 milyon manatlıq addım

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Vergi Xidmətindən 7,7 milyon manatlıq addım

İqtisadiyyat

22 Oktyabr 2026 12:02 67


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti AVIS2 (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti irimiqyaslı satınalmanı həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, dövlət xidməti AVIS2 platforması çərçivəsində “Vergi öhdəlikləri modulu”nun yaradılması məqsədilə ayrılan məbləğin ümumi dəyəri 7 milyon 668 min 175 manat 58 qəpik (7.668.175,58 AZN) təşkil edir.

Yaradılacaq yeni modul vergi ödəyicilərinin öhdəliklərinin avtomatlaşdırılmış idarə olunmasını, hesablamaların daha dəqiq və şəffaf aparılmasını təmin edəcək. pizza mizza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!