Dövlət Xidməti: Toy mərasimlərinin portalda qeydiyyatdan keçirilməsi araşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Xidməti: Toy mərasimlərinin portalda qeydiyyatdan keçirilməsi araşdırılır

Sosial

20 İyul 2021 11:46 1071


Aidiyyəti qurumların monitorinq qrupları tərəfindən şənlik mərasimlərinin keçirildiyi obyektlərdə karantin şərtlərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, iyulun 20-də keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməsi araşdırılıb.  Eləcə də, tədbir təşkil edilən məkanların ərazisi, stollar ətrafında və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə təmin olunması, qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələlər monitorinq edilib.  Araşdırma zamanı şənlik mərasimlərinin keçirildiyi bir sıra məkanlarda tələblərin pozulması halları müəyyən edilib. Monitorinq qruplarının toy sahibləri ilə apardığı profilaktik izahatdan sonra bu cür hallar aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!