Döyüş postunda olan daha bir erməni əsgərinin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Döyüş postunda olan daha bir erməni əsgərinin meyiti tapıldı

Rəsmi

17 Mart 2022 13:35 532


Ermənistanın döyüş postunda olan daha bir əsgərinin meyiti tapılıb.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, martın 17-də saat 10:30 radələrində Ermənistan ordusunun N saylı hərbi hissəsinin ərazisində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi əsgər, 2003-cü il təvəllüdlü Eduard Razmikoviç Rustamyanın meyiti aşkar edilib.

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!