Döyüşdən qaçan erməni polkovnik həbs edildi 

saytların hazırlanması

Evə çatdırılma

Döyüşdən qaçan erməni polkovnik həbs edildi 

Rəsmi

18 Aprel 2023 11:30 1095


44 günlük Qarabağ müharibəsində özünü xəstə kimi qələmə verən erməni polkovnik həbs edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ermənistan ordusunun polkovniki 10 oktyabr- 3 noyabrda xəstə olduğunu göstərən sənədi təqdim edərək, hərbi vəzifələrini icra etməkdən yayınıb. Adı açıqlanmayan zabit 23 gün tibb müəssisəsində müalicə alıb. Lakin araşdırma zamanı onun xəstə olmadığı üzə çıxıb. 

Faktla bağlı cinayət işi açılıb. Döyüşdən qaçan erməni zabit barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!