DSMF-nin büdcəsinin gəlirləri və xərcləri artırılır

saytların hazırlanması

Evə çatdırılma

DSMF-nin büdcəsinin gəlirləri və xərcləri artırılır

Sosial

17 İyun 2022 19:30 1373


Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 606 269 569,0 manat, xərcləri 5 606 269 569,0 manat məbləğində təsdiq ediləcək.

Yenisabah.az xəbər verir ki, bu, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılması təklif edilir. Pepperoni pizza

Bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 306 770 072,0 manat, xərcləri 5 306 770 072,0 manat məbləğində təsdiq edilmişdi.

Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 5,6 faiz artırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!